“Qarabağ”dan ikinci qələbə
“Qarabağ”dan ikinci qələbə
“Qarabağ” – “Zirə” – 4:0 Leandro Andrade, 64, Riçard Almeyda, 108 (p.), Redon Cica, 111, Nəriman Axundzadə, 120
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib. Komandamız “Zirə” ilə qarşılaşıb. Görüş ''Azersun Arena"da baş tutub. Komandalar arasında razılığa əsasən matç dörd hissədən ibarət olub.
Qurban Qurbanovun yetirmələri bu oyunda 4:0 hesabı ilə qələbə qazanıb. Hesabı 64-cü dəqiqədə Leandro Andrade açıb. 108-ci dəqiqədə isə Riçard Almeyda penaltidən fərqlənib. “Qarabağ”ın üçüncü qoluna Redon Cica imza atıb. Matçın son dəqiqəsində isə Nəriman Axundzadə rəqib qapısına yol tapıb – 4:0. Bu, komandamızın qış fasiləsindəki yoxlama oyunlarında ardıcıl ikinci qələbəsi olub.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsindəki ilk matçında “Qarabağ-2”yə 7:2 hesabı ilə qalib gəlib.
