“Qarabağ”dan ikinci qələbə
8 Fev 2024
“Qarabağ”dan ikinci qələbə
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib. Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komandamız ardıcıl ikinci qələbəsini qazanıb. “Qarabağ” rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb.
Qeyd edək ki, komandamız qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.
