"Qarabağ"dan ilk transfer

10 İyn 2024
"Qarabağ"dan ilk transfer
Klubumuz yeni mövsüm üçün ilk transferini reallaşdırıb: qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Klubumuzla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transferimiz 2027-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, klubumuzun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.