“Qarabağ”dan məhsuldar sülh

single-news
11 Fev 2024

“Qarabağ”dan məhsuldar sülh



“Qarabağ” – “Sabah” – 3:3

11 fevral 2024. Saat 19:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 860 tamaşaçı

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Şirmamed Mamedov

Dördüncü hakim: Kamal Umudlu

VAR: Rauf Allahverdiyev

AVAR: Rəşad Əhmədov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Kahim Parris, 16 (qeyri-idman hərəkəti); Anatoli Nuriyev, 37 (qeyri-idman hərəkəti)

Qollar: Marko Yankoviç, 31 (p.); Olavio Juninyo, 64 (p.); Yassin Benzia, 90+8 // İshak Belfodil, 45+1 (p.), 54 (p); Tellur Mütəllimov, 90+5

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 8 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXII turunda “Sabah”la görüşüb.

 

Qurban Qurbanovun yetirmələri rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Ötən matçla müqayisədə komandamızın start heyətində 7 dəyişiklik olub. Bədavi Hüseynov, Aleksey İsayev, Bəhlul Mustafazadə, Abdullah Zubir, Olavio Juninyo, Julio Romao və Leandro Andrade ilk dəqiqələrdən meydana çıxıblar.

 

Onlar Riçard Almeyda, Maksim Medvedev, Abbas Hüseynov, Yassin Benzia, Hamidu Keyta, Adama Diakabi və Redon Cicanı əvəzləyiblər. Görüş “Qarabağ”ın hücumları ilə başlayıb. Komandamız ilk dəqiqələrdən təşəbbüsə yiyələnib. Rəqib qapısına ardıcıl həmlələr təşkil edən futbolçularımız bir neçə yaddaqalan epizoddan yararlana bilməyiblər.

 

Marko Yankoviç və Olavio Juninyonun zərbələrində dəqiqlik çatmayıb. Çempionatın bombardiri olan braziliyalı rəqib qapıçı ilə təkbətək qaldığı epizoddan da yararlana bilməyib. Hissənin ikinci yarısında Yankoviç əllə oyuna görə təyin olunan penaltini qola çevirib – 1:0.

 

Bu qoldan sonra da hücumlar quran “Qarabağ” fərqi artırmaq imkanlarından yararlanmayıb. Qonaqların hücumlarının önünü inamla alan komandamız rəqibin təhlükəli epizodlar yaratmasına imkan verməyib. Qapıçımız Andrey Lunyov bir neçə dəfə ustalığını nümayiş etdirib. Fasilə ərəfəsində Bakı klubu penalti zərbəsi ilə hesaba tarazlıq gətirib – 1:1.

 

İkinci hissə də “Qarabağ”ın hücumları ilə başlayıb. Mateus Silvanın əldə etdiyi epizod yaddaqalan olub. Bakı klubunun həmlələrindən biri isə növbəti penalti ilə nəticələnib və qonaqlar bu imkanı qaçırmayıblar.

 

Buraxılan qola dərhal cavab verməyə yaxın olan “Qarabağ”ın hücumçusu Olavio Juninyo qapıçı ilə təkbətək qaldığı epizoddan yararlanmayıb. Lakin az keçməmiş braziliyalı öz qolunu vurub. Premyer Liqanın bombardiri 15-ci qolunu penaltidən yararlanmaqla rəqib qapısından keçirib.

 

Ev oyununda xal itirmək niyyətində olmayan komandamız hücumlarını davam etdirib. Marko Veşoviçin qüvvətli zərbəsi təhlükəli alınıb. Abdullah Zubir isə yaxın məsafədən fərqlənə bilməyib. Qonaqların əks-hücumlarının önünü isə müdafiəçilərimiz kəsiblər.

 

Matçın sonlarında “Qarabağ” ardıcıl təhlükəli epizodlar yaradıb. Toral Bayramovla Abdullah Zubirin zərbələrini rəqib qolkiper dəf edib.

 

Uzatma dəqiqələrində daha iki qol vurub. Öncə qonaqlar fərqlənib. Ardınca Yassin Benzia rəqib qapısına yol tapıb. Beləliklə, matç məhsuldar sülhlə başa çatıb – 3:3.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu fevralın 15-də keçirəcək. Komandamız Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Braqa”nın qonağı olacaq. Portuqaliyadakı matç 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.

 

“Qarabağ”

99. Andrey Lunyov

55. Bədavi Hüseynov (k)

24. Aleksey İsayev

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

(27. Toral Bayramov, 85)

10. Abdullah Zubir

8. Marko Yankoviç

(7. Yassin Benzia, 70)

18. Olavio Juninyo

2. Mateus Silva

(29. Marko Veşoviç, 70)

6. Julio Romao

15. Leandro Andrade

(17. Hamidu Keyta, 88)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

20. Riçard Almeyda

30. Abbas Hüseynov

90. Nəriman Axundzadə

66. Patrik Andrade

11. Adama Diakabi

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Sabah”

1. Yusif İmanov

4. Elvin Camalov (k)

9. Anatoli Nuriyev

2. Amin Seydiyev

5. Rəhman Daşdəmirov

24. Maruan Hadudi

(44. Sofian Çakla, 46)

14. İshak Belfodil

(19. Emmanuel Apeh, 90+8)

7. Boyan Letiç

28. Kahim Parris

12. Vinsent Til

(70. Cesse Sekidika, 12)

27. Jarl Marqarita

(17. Tellur Mütəllimov, 70)

 

Ehtiyat oyunçular:

 

75. Emil Həbibov

76. Süleyman Həsənov

10. Namik Ələskərov

6. Abdulax Xaybulayev

40. Rauf Rüstəmli

88. Xəyal Əliyev

25. Hüseyn Məmmədzadə

3. Con İrasabal

 

Məşqçi: Ruslan Qafitullin

Paylaş