“Qarabağ”dan qolsuz heç-heçə

single-news
9 Fev 2024

“Qarabağ”dan qolsuz heç-heçə



“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində 1/4 final matçını keçirib. Qrup mərhələsinin 1-ci yerdə başa vuran Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Belarusun ROEM-BDU komandası ilə qarşılaşıb.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Yarımfinala vəsiqənin sahibi penaltilər seriyasında bəlli olub. Bu zərbələri daha dəqiq yerinə yetirən rəqib 7:6 hesablı qələbə ilə mərhələ adlayıb. Komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1.

Paylaş