“Qarabağ”dan səfər qələbəsi

single-news
23 İyl 2024

“Qarabağ”dan səfər qələbəsi



“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” – 0:2

Olavio Juninyo, 45+2, Toral Bayramov, 75

 

Komandamız 2024/25 mövsümündə ilk matçına çıxıb. “Qarabağ” ardıcıl 11-ci dəfə Çempionlar Liqasında mübarizəyə başlayıb. Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib.

 

Komandamız Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Qarabağ” matça aşağıdakı start “11-liy”i ilə başlayıb: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.

 

Hakimin start fiti ilə komandamız üstünlüyü ələ alıb. İlk dəqiqələrdən ardıcıl hücumlar quran “Qarabağ” rəqib qapısına yol tapmağa çalışıb. Lakin böyük qüvvə ilə qapanan rəqibin müqavimətini yalnız fasilə ərəfəsində qırmaq mümkün olub.

 

Bəhlul Mustafazadənin ötürməsindən sonra Olavio Juninyo fərqlənib. Ötən mövsümün bombardiri yay fasiləsindən sonra komandamızın ilk qolunun müəllifi olub.

 

İkinci hissədə də matçın ssenarisi dəyişməyib. Komandamız ardıcıl hücumlar təşkil edib. 75-ci dəqiqədə Toral Bayramov uzaq məsafədən zərbə ilə fərqi artırıb. O, Marko Yankoviçin ötürməsini qola çevirib.

 

Baş məşqçimiz matçın sonlarında beş futbolçuya şans verib. Mateus Silva, Hamidu Keyta, Aleksey İsayev, Patrik Andrade və Nəriman Axundzadə meydana daxil olub. Komandamız hakimin final fitinə qədər hücumlarına ara verməsə də, hesab dəyişməyib. Beləliklə, “Qarabağ” səfərdən 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin “Linkoln”la cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Paylaş

// pop up