“Qarabağ”dan səfər qələbəsi

single-news
6 Fev 2025

“Qarabağ”dan səfər qələbəsi



“Səbail” – “Qarabağ” – 0:1

Yassin Benzia, 35

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk matçına çıxıblar.

 

Ağdam klubu səfərdə “Səbail”lə görüşüb. Qarşılaşma “ASCO Arena”da baş tutub.

 

Matç komandamızın hücumları ilə başlasa da, futbolçularımız rəqib qapısına yalnız ilk yarının sonlarında yol tapıblar. Yassin Benzia fasiləyə 10 dəqiqə qalmış meydan sahiblərini məyus edib. İlk yarıda daha bir neçə qol imkanı yaradan komandamız fərqi artıra bilməyib.

 

İkinci hissə də eyni ssenari ilə davam edib. Komandamız hücumlar qursa da, müdafiə xəttini yara bilməyib. İlk yarıda vurulan top matçın taleyini həll edib. Beləliklə, komandamız səfərdən 1:0 hesablı qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Səbail” matçı fevralın 27-də keçiriləcək.

Paylaş

// pop up