"QarabaĞ"dan "VilƏş"ə futbol Dərsi (ÜÇ NÖQTƏ, 27.09.2005)

single-news
27 Sen 2005

"QarabaĞ"dan "VilƏş"ə futbol Dərsi (ÜÇ NÖQTƏ, 27.09.2005)



Ötən həftənin şənbə günü futbol üzrə ölkə kuboku uğrunda növbəti mövsümə start verilib. 1/16 final mərhələsindən başlanan yarışda yüksək və aşağı dəstədən ümumilikdə 29 komanda iştirak edir. Bunlardan üçü - son ölkə çempionu "Neftçi", kubokun sahibi "Bakı", eləcə də, "İnter" mübarizəyə ikinci mərhələdən qoşulacaq. Güclülər dəstəsinin təmsilçisi MOİK səfərdə "Göy-göl"lə qarşılaşıb. "Hərbçilər" "Göy-göl"ə 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ" səfərdə "Viləş"ə əsl futbol dərsi keçib. Bu qarşılaşmanın favoriti Ağdam klubu sayılsa da, meydan sahiblərinin heç olmasa müqavimət göstərəcəyi gözlənilirdi. Oyuna gəlincə, matç başlayan kimi, ilk dəqiqədə hesab açıla bilərmiş. Bununla belə qonaqlar hücumları davam etdiriblər. İlk hissədə yalnız Vasif Haqverdiyev fərqlənib. İkinci hissədə "Qarabağ" oyunun taleyini həll edib. Taym başlayandan 15 dəqiqə ərzində Azər Cabbarov, Denis Sokolovski və Dmitri Yeremeyev hesabı 4:0-a çatdırıb. Rəqibini bütün komponentlərdə üstələyən "Qarabağ" daha bir qol vurmaqla böyük hesablı qələbəni rəsmiləşdirib. Son nöqtəni Denis Sokolovski mükəmməl cərimə zərbəsi ilə qoyub. "ABN-Bərdə" öz meydanında "Gənclərbirliyi" ilə qüvvəsini sınayıb və məğlub olub - 0:2. Qalib 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq. Milli çempionatın lideri "Turan" Zaqatalanın "Timurq"u ilə Şəkidə oynayıb. Tovuz təmsilçisi rəqibinə qalib gələ bilməyib - 1:1. Mingəçevirdə yerli "Energetik" çempionatın debütantı "Olimpik"i qəbul edib. Meydan sahibləri 1:3 hesabı ilə uduzublar. Qalib 1/8 finalda "Bakı" ilə oynayacaq. "Anş d-Petrol" "Xəzər-Lənkər n-2"yə "quru" hesabla məğlub olub - 0:3. Bazar günü isə ilkin mərhələ çərçivəsində daha 6 oyun keçirilib. "Rote" (Tovuz) "Göyəzən"ə (Qazax) uduzub - 0:1. Qalib 1/8 finalda "İnter"lə qüvvəsini sınayacaq. Digər oyunlar belə nəticələnib: "Şahdağ-2" - "MKT-Araz" - 0:3, "Yeni Yevlax" - "Bakılı" - 1:3, "Gənclərbirliyi-2" - "Şahdağ" - 2:5, "Şərur" (Bakı) - "Xəzər-Lənkəran" - 0:5, "Ədliyyə" - "Karvan" - 0:3. "Neftçi-2" - "Gəncə" matçı başqa vaxta keçirilib. Qeyd edək ki, 1/16 final mərhələsinin cavab görüşləri oktyabrın 15-16-da gerçəkləşəcək.

Paylaş