"QARABAĞ"I BU GÜN SƏFƏR MÜCADİLƏSİ GÖZLƏYİR.(ÜÇ NÖQTƏ, 12.03.2005)
12 Mar 2005
"QARABAĞ"I BU GÜN SƏFƏR MÜCADİLƏSİ GÖZLƏYİR.(ÜÇ NÖQTƏ, 12.03.2005)
Dünən futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında 23-cü turun oyunlarına start verilib. İddialı komandalar rəqiblərini asanlıqla məğlub ediblər.
"Xəzər-Lənkəran" komandasının Sumqayıtda "Gənclərbirliyi"ni böyük hesabla məğlub etməsi bir qədər gözlənilməz olub. Rasim Karanın yetirmələri meydan sahiblərinə heç bir şans verməyərək rəqib qapısından 5 cavabsız top keçiriblər.
Çempionluğa iddialı "Neftçi" də "Bakılı" üzərində qələbə qazanaraq liderlər sırasında mövqeyini möhkəmlədib. Medallar uğrunda mübarizə aparan "İnter" komandası isə "Şahdağ Samur"u Qusara əliboş yola salıb. Keçirilmiş oyunların nəticələri belədir: MOİK-"Karat" - 1:3; MKT "Araz"-"Ədliyyə" - 2:1; "Bakılı"-"Neftçi" - 0:3; "Gənclərbirliyi"-"Xəzər-Lənkəran" - 0:5; "İnter"-"Şahdağ Samur" - 2:0.
Bu gün keçiriləcək daha 3 görüşlə 23-cü tura yekun vurulacaq. Çempionatın lideri Ağdamın "Qarabağ" komandası Qazaxda yerli "Göyəzən"in qonağı olacaq. "Turan"ın Şəmkirdən asanlıqla 3 xal gətirəcəyini isə ehtimal etmək çətindir.
Bu gün keçiriləcək oyunlarda göstərilən komandalar qarşılaşacaq: "Karvan"-"Gəncə", "Göyəzən"-"Qarabağ", "Şəmkir"-"Turan". "Şəfa" komandası çempionatdan çıxarıldığına görə, "Bakı"ya mübarizəsiz 3 xal veriləcək.