"QARABAG"I ÇƏTİN SƏFƏR MÜCADİLƏSİ GÖZLƏYİR (ÜÇ NÖQTƏ, 26.02.2005)

single-news
26 Fev 2005

"QARABAG"I ÇƏTİN SƏFƏR MÜCADİLƏSİ GÖZLƏYİR (ÜÇ NÖQTƏ, 26.02.2005)



Futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında sabah 21-ci tur start götürəcək. Turun mərkəzi görüşündə bazar günü Yevlaxda "Karvan" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək. Məlum olduğu kimi, ötən tur Bakıda "Neftçi"yə uduzan yevlaxlılar liderliyi "Qarabağ"a veriblər. Meydan sahibləri ağdamlılarla oyunda qələbə qazanacaqları halda yenidən zirvəyə qalxa bilərlər. "Qarabağ" isə liderliyini qorumaq üçün prinsipial görüşdə bütün qüvvəsini səfərbər edəcək. Çempionluğa iddialı "Xəzər-Lənkəran"ı isə Qərb bölgəsində "Şəmkir"lə çətin səfər görüşü gözləyir. Lənkəran futbolçuları növbəti 3 xalı qazanmaq üçün Şəmkir səfərindən qələbə ilə qayıtmaq əzmindədir. "Neftçi" də bu turda asan qələbəyə ümid edə bilməz. Sumqayıtda paytaxt təmsilçiləri "Gənclərbirliyi"nin qonağı olacaq. Turun prinsipial görüşlərindən birində isə İmişlidə yerli MKT "Araz" çempionluğa iddialı "İnter"i qəbul edəcək. Qonaqlar itiriləcək xallar sayəsində liderlər qrupundan uzaqlaşa bilər. Meydan sahibləri isə uğursuzluq nəticəsində medallar uğrunda mübarizədən bir qədər də kənarlaşa bilərlər. Keçiriləcək görüşlərdə göstərilən cütlüklər qarşılaşacaq: 27 fevral MKT "Araz"-"İnter", "Gənclərbirliyi"-"Neftçi", "Karvan"-"Qarabağ", "Şəmkir"-"Xəzər-Lənkəran", "Bakı"-"Gəncə", MOİK-"Şahdağ-Samur"; 28 fevral "Bakılı"-"Karat", "Göyəzən"-"Ədliyyə". Bütün oyunlar saat 15-də başlayacaq.

Paylaş