"QARABAĞ"I İMİŞLİDƏ GƏRGİN OYUN GÖZLƏYİR(ÜÇ NÖQTƏ,02.04.2005)

single-news
2 Apr 2005

"QARABAĞ"I İMİŞLİDƏ GƏRGİN OYUN GÖZLƏYİR(ÜÇ NÖQTƏ,02.04.2005)



Bu gün futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında 25-ci turun görüşləri start götürəcək. Turun mərkəzi görüşlərindən birində İmişlidə yerli MKT "Araz" çempionatının lideri Ağdamın "Qarabağ" komandasını qəbul edəcək. Görüş prinsipial xarakter daşıyır. Yeni transferlərlə bir qədər də güclənən meydan sahibləri oyuna qələbə əzmi ilə çıxacaqlar. "Qarabağ" isə liderliyini möhkəmlətmək üçün 2-ci dövrənin ən çətin səfər görüşlərindən birində qələbə qazanmağa çalışacaq. İddialı komandalardan "Bakı"nı da səfərdə gərgin oyun gözləyir. Əsgər Abdullayevin yetirmələri Şəmkirdə eyni adlı komandanın qonağı olacaq. Liderlər qrupunda yer alan Yenvlaxın "Karvan" komandası isə "Şəfa" çempionatdan çıxarıldığına görə, mübarizəsiz aktivinə 3 xal yazacaq. Keçiriləcək oyunlarda göstərilən komandalar qarşılaşacaq. 2 aprel - "Göyəzən"-"Gəncə", "Karat"-"Şahdağ Samur", 3 aprel - "İnter"-"Ədliyyə", MOİK-"Neftçi", MKT "Araz"-"Qarabağ", "Bakılı"-"Xəzər-Lənkəran", "Gənclərbirliyi"-"Turan", "Şəmkir"-"Bakı". Bütün oyunlar Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Paylaş