“QARABAĞ”I “QARABAĞ”LILAR VURDULAR

single-news
15 Okt 2007

“QARABAĞ”I “QARABAĞ”LILAR VURDULAR



Ramazan bayramı və milli fasilə ilə əlaqədar olaraq yaranmış fasilədən sonra toplanan “Qarabağ” Futbol klubu “İnter” matçı hazırlığını Buzovna qəsəbə stadionunda U-19-la görüşlə davam etdirdi.

Maraqlıdı ki, müxtəlif yaşlı yığmalara 15 dən çox futbolçu verməyin problemini yaşayan komandamız bu boşluğu aradan qaldırmaq üçün “Qarabağ-2”-dən 8 futbolçunu düşərgəyə çağırmışdı. Üstəlik, U-19-da 8 futbolçunun “Qarabağ”ların formasını geyməsi də qarşılaşmaya daha çox dostluq və hazırlıq havası qatdı.

Matçda ilk qolu 10-cu saniyədə vurula bilərdi. Lakin İrakli Beraya müdafiəçilərin səhvindən sonra topu ələ keçirib qapıçı ilə təkbətəkə yollansa da gürcünün zərbəsində azca dəqiqlik çatmadı. İlk yarının geridə qalan hissəsində mübarizə daha çox meydanın mərkəzində cərəyan etdi. Bu dəqiqələrdə yığmada xüsusilə, elə klubumuzun üzvləri Rauf Əliyev və İsbala İsrafilov fəallığı ilə seçilirdilər. İlk 45 dəqiqədə U-19-dan Bəxtiyar Soltanovun, komandamızdan isə Ayxan Abbasovun zərbələri yadda qalan olsa da, hesabı açılmadı.

İkinci yarıda komandamız rəqibi sıxsa da, gözlənilmədən qapısında qol gördü. Maraqlıdıki, “Qarabağ”lı futbolçuların Bayram Kərimov, Rauf Əliyev və Şəhriayr Xəlilovun qurduğu hücumu sonuncu dəqiq tamamladı.

Qoldan sonra “Qarabağ” təmamilə oyunu rəqib hissəyə keçirsədə,  millinin heyətində  olan futbolçumuz Bayram Kərimovun müdafiədə inamlı çıxışı hesabı dəyişməyə qoymadı.    

 

Paylaş

// pop up