`Qarabağ`ımız 1 günlük aradan sonra yenidən başladı

single-news
24 İyn 2011

`Qarabağ`ımız 1 günlük aradan sonra yenidən başladı



`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Qızılcahamam bölgəsində  artıq İyunun 9-undan hazırlıqlarını sürdürən komandamız Avroliqanın 1-ci turunda qarşılaşacağı `Banqa` ilə oyuna köklənib.
Dünən `Qarabağ`ımızın  baş məşqçisi Qurban Qurbanov  komandaya istirahət vermişdi. Bu gündən isə komandamız yenidən 2 məşqlə hazırlığı davam etdirib. `Qarabağ`ımızın ilk məşqi 10:30-da baş tutub. Təxminən 1 saat 40 dəqiqə davam edən çalışma fiziki hazırlığın yüksəlməsinə yönəlmişdi.
Sevindirici haldır ki, komandamızın heyətində olan 24 futbolçunun hamısı hazırlıqda iştirak edir. İstanbulda müalicə olunan Rauf Əliyev də artıq komandanın düşərgəsinə qayıdıb. 22 yaşlı forvard fizioterapevtin nəzarəti altında yüngül fiziki hərəkətlərə başalyıb. Raufun gözləniləndən daha tez sağalması komandada üzləri güldürür. Komandamızın yeni transferi Bəxtiyar Soltanov da komandayla məşqlərdə iştirak edir. Məşqlərdə odluqca istəkli görünən Soltanovun adaptasiya dönəmini tez keçdiyini söyləmək olar.
`Qarabağ`ımız Türkiyədə 27-sini kimi çalışmalarını davam etdirəcək və ardınca Litvaya yollanacaq. 

Paylaş

// pop up