`Qarabağ`ımız 10 pillə irəlilədi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5461.jpg)
`Qarabağ`ımız 10 pillə irəlilədi
`Qarabağ`ımız yenə də irəliləyib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladağı dünyanın ən güclü klublarının son reytinq siyahısında 303-cü pilləyə qalxıb.
Komandamız ötən ayla müqayisədə 10 pillə irəliləməyi bacarıb. Hazırda `Qarabağ`ımızın aktivində 71,0 xal var. 303-cü pilləni `Qarabağ`la yanaşı Ruminiya çempionu `Otselul` və Kiprin `Anartosis` klubu paylaşır. `Qarabağ`ımız eyni zamanda `Dinamo` (Rusiya), `Espanyol` (İspaniya), `Borussiya` M (Almaniya), `Valensyenn` (Fransa) kimi komandları qabaqlayıb.
Qeyd edək ki, 400 komandanın yer aldığı siyahıda Azərbaycandan yalnız `Qarabağ`ın adı yer alıb.
Reytinq cədvəlinə əvvəlkitək İspaniya `Barselona`sı (335,0 xal) rəhbərlik edir. İkinci yeri Madrid `Real`ı (309,0), üçüncü pilləni isə İngiltərinin `Mançester Yunayted` (280,0) klubu tutur.