"Qarabağ"ımız 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq

3 Dek 2019
"Qarabağ"ımız 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq
"Qarabağ"ımızın Azərbaycan kubokunun 1/4 final mərhələsində rəqibi məlum olub. Komandamız 1/8 final mərhələsində "Kəpəz"i 3:1 hesabıyla məğlub edən "Keşlə"ylə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 15/16 dekabrda evdə, cavab matçları isə 19/20 dekabrda səfərdə baş tutacaq.