`Qarabağ`ımız 2 futbolçuyla müqavilə yenilədi

single-news
14 May 2012

`Qarabağ`ımız 2 futbolçuyla müqavilə yenilədi



`Qarabağ`ımız 2011-2012 mövsümünü bitirir-bitirməz heyətlə bağlı dəyişikliklərə başlayıb. Artıq Rəşad Sadiqov, Georgi Adamiya, Nderim Nedzipi ilə yollar ayrılıb. `Qarabağ`ımız eyni zamanda komandada yeni mövsüm görmək istədikləriylə müqavilə yeniləyib. `Qarabağ`ımızın müdafiəsinin ayrılmaz simaları olan Albaniya millisinin üzvləri Admir Teli və Ansi Aqolliylə yeni saziş imzalanıb. Xatırladaq ki, Admir 2009-cu ilin yanvarından, Ansi isə 2012-ci ilin yayından `Qarabağ`ın uğurları üçün tər tökür. Hər 2 futbolçuyla 1 illik müqavilə bağlanıb.

Paylaş

// pop up