`Qarabağ`ımız 2 məşqlə

single-news
23 Okt 2013

`Qarabağ`ımız 2 məşqlə



`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyunun hazırlıqlarına başladı. Premyerliqanın XI turunda lənkəranlıların qonağı olacaq komandamız bugün tam heyətlə hazırlığa başlayıb. Bazar günü `Sumqayıt`la (3:0) baş tutan mücadilənin ertəsi günü bərpa məşqi keçən komandamız dünən istirahət etmişdi. Bugündən isə 2 çalışmayla hazırlıqlar sürətlənib. `Qarabağ`ımızın səhər çalışması 11:00-da İdman Akademiyasının meydançasında baş tutmuşdu.  `Qarabağ`ımızın 2-ci məşqi  yenə də eyni meydançada baş tutacaq.
`Qarabağ`ımız sabah da Bakıda məşq edib cümə günü Lənkərana yola düşəcək. Qeyd edək ki,  `Xəzər-Lənkəran` - `Qarabağ` oyunu bazar günü 19:00-da keçiriləcək.

Paylaş

// pop up