`Qarabağ`ımız 2 məşqlə
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
9 Fev 2011
`Qarabağ`ımız 2 məşqlə
`Qarabağ`ımız `Qəbələ` ilə oyunun hazırlıqlarını davam etdirir. Bakıda ilk məşqini dünən İdman Akademiyasının stadionunda keçən komandamız 1 saatlıq çalışma yerinə yetirib. Yeni transferlərimiz İlqar Qurbanov, Bojan Pavloviç və Nderim Nedzipinin qatıldığı çalışma təxminən 1 saat davam edib. Daha çox futbolçuların kondisiyalarının bərpasına həsr edilmiş çalışmada zədəli Sahil Kərimov iştirak etməyib. Ayağında ağrı hiss edən Aftandil Hacıyev isə məşqi yarımçıq tərk edib.
Bu gün `Qarabağ`ımızın planında 2 məşq vardı. Səhər çalışması 10:00-da baş tutub. Təxminən 90 dəqiqə davam edən çalışma `Sərin`in meydançasında baş tutub. Komandamızın 2-ci məşqi də eyni məkanda nəzərdə tutulub.