`Qarabağ`ımız 2 qat mübarizəylə.fotolar

single-news
10 İyn 2011

`Qarabağ`ımız 2 qat mübarizəylə.fotolar



`Qarabağ` Türkiyədə təlim-məşq toplanışının davam etdirir. Dünən qardaş ölkəyə gələn komandamız axşam ilk məşqinə çıxmışdı. Bu günə komandamızın iki məşqi nəzərdə tutulmuşdu.
İlk öncə onu qeyd edək ki, `Qarabağ`ın Qızılcahamama gəlişiylə qəsəbədə qeyri-sabit hava şəraiti hökm sürür.  Məskunlaşdığımız ərazidə təbiətin bütün şıltaqlığı ilə üz-üzə gəlmək olar. Dünən  öncə gün çıxsa da, komandamızın məşqi ərəfəsində Qızılcahama dolu yağmağa başladı. Ardınca gün çıxsa da, yenidən dolu və yağış yağması müşayət olundu.
Bu gün komandamız ilk məşqə trenajor zalında başladı. Təxminən yarm saatlıq çalışmanın ardından komandamız oteldən 15 dəqiqəlik məsafədə yerləşən futbol meydançasına yollandı. Maraqlıdı ki, məşq başlar-başlamaz güclü leysan başladı. Buna baxmayaraq komandamız məşqi sona qədər davam etdirə bildi.
Komandamızın axşam məşqi 17:00-a nəzərdə tutulub.

`Qarabağ`ımızın Qızılcahamamda ilk görüntüləri...

http://qarabagh.com/1987/?name=photoview&phid=366&lang=1 

Paylaş

// pop up