"Qarabağ"ımız 4 yoxlama oyunu keçirəcək

single-news
24 Dek 2019

"Qarabağ"ımız 4 yoxlama oyunu keçirəcək



“Qarabağ”ımızın qış təlim-məşq toplanış planı məlum olub.

Komandamız yanvarın 7-də klubumuzun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək. Futbolçularımız yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komandamız 4 yoxlama oyunu keçirəcək. “Qarabağ”ımız yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə komandamız Bakıya dönərək fevralın 2-si baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.

Paylaş