`Qarabağ`ımız 5 ildi məğlub olmadığı `Turan`la oyuna hazırdır

single-news
24 Fev 2011

`Qarabağ`ımız 5 ildi məğlub olmadığı `Turan`la oyuna hazırdır



`Qarabağ`ımız `Turan`la oyun hazırdır. Bütün çempionatların iştirakçısı olan 3 klubdan 2-sinin mübarizəsi daim gərgin və maraqlı alınıb. `Qarabağ`ımız Tovuz klubuyla cari mövsüm artıq 3-cü dəfə qarşılaşacaq. Çempionatın ilk dövrəsində Tovuzda baş tutan görüşdə `Qarabağ`ımız Emin İmaməliyevin vurduğu qolla 1:0 qalib gəlmişdi. Azərbaycan kubokunun 1/8 final mərhələsində də tərəflər üz-üzə gəlmişdilər. Oyun qolsuz başa çatmış, penalti seriyasında isə tovuzlular üstün olmuşdular.

Ümumiyyətlə, `Qarabağ`ımız 5 ildi `Turan`a məğlub olmur. Sonuncu dəfə 2006-ci ildə Böyükağa Ağayevin `Qarabağ`a başçılıq etdiyi dönəmdə Tovuzda `Turan` komandamızı üstələyib, 3:1. Həmin tarixdən sonra çempionatda baş tutan 8 görüşdə komandamız cəmi 1 dəfə heç-heçə edib, qalan görüşlərdə qələbə qazanıb.

Artıq komandamız `Turan`la oyunun hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Bu gün  saat 13:00-da Suraxanı qəsəbə stadionunda 1 saatlıq məşq keçib. Bazada `kamp`a yığışan komandamız oyun saatını gözləyir.  

 

Paylaş

// pop up