“Qarabağ”ımız 5 yoxlama oyunu keçirəcək

single-news
29 Dek 2018

“Qarabağ”ımız 5 yoxlama oyunu keçirəcək



“Qarabağ”ımızın qış təlim-məşq toplanış planı məlum olub. Komandamız yanvarın 6-da Antalyaya yollanaraq hazırlıqlara start verəcək. Təlim-məşq toplanışı 21 gün davam edəcək və komandamız bu müddətdə 5 yoxlama oyunu keçirəcək. “Qarabağ”ımız yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-sı Özbəkistanın “Paxtakor”, yanvarın 19-u Çexiyanın “Bohemians”, yanvarın 23-ü Polşanın “Piast” və yanvarın 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq.Yanvarın 27-si isə komandamız Bakıya dönərək fevralın 3-ü baş tutacaq “Neftçi”ylə matçın hazırlıqlarını burada davam etdirəcək.

Paylaş

QARABAĞI UNUTMA!