"Qarabağ"ımız Ağdama yollandı

single-news
2 May 2020

"Qarabağ"ımız Ağdama yollandı



“Qarabağ” Futbol Klubu COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi zamanı Ağdamda yaşayan ailələrlə görüşmək üçün adıgedən rayona yollanıb.

 

Klubumuzun direktoru Emrah Çelikel, baş məşqçimiz Qurban Qurbanov və futbolçularımız: Rəşad Sadıqov, Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev və Şahruddin Məhəmmədəliyevin yer aldığı heyət bu gün səhər saatlarında Ağdamda şəhər icra hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən qarşılanıb. İcra başçısı futbolçularımızla söhbətində hər zaman komandamızın yanında olduğunu və qazandığı uğurlarla fəxr etdiyini dilə gətirib. Vaqif Həsənova klubumuz tərəfindən forma və futbolçuların imzalı topu hədiyyə olunub.

 

Daha sonra klubumuz Ağdamda yaşayan aztəminatlı ailələrlə görüşüb və bu çətin dönəmdən birlikdə çıxacağını diləgətirib. Klubumuz tərəfindən 1500 ərzaq bağlaması ailələrə paylanılıb.

Paylaş