`Qarabağ`ımız Ağdama yollandı

single-news
18 Dek 2009

`Qarabağ`ımız Ağdama yollandı



`Qarabağ`ımız artıq hazırdır. Bazar günü `Simurq`u qəbul edəcək komandamız sonuncu hazırlığını edərək Ağdama yola düşüb. XVI turun mərkəzi qarşılaşmasında Zaqatala təmsilçisiylə qarşılaşacaq komandamız sabah macın keçiriləcəyi Quzanlı qəsəbə stadionunda məşq keçməyi planlaşdırır. Qeyd etdiyimiz kimi, komandamız Qarabağa tam heyətlə yollanır. Zədəlilərin düzəlməsi komandamızın prinsipial qarşılaşmaya tam heyətlə yollanmasına şərait yaradıb.

Xatırladaq ki, bazar günü baş tutacaq oyun 14:15-də keçiriləcək və AZTV ilə canlı olaraq yayımlanacaq.

Paylaş

// pop up