`Qarabağ`ımız Ağdama yollandı
13 Avq 2011
`Qarabağ`ımız Ağdama yollandı
`Qarabağ`ımız Ağdama yollandı. Sabah premyerliqanın II turunda `İnter`i qəbul edəcək komandamız səhər 10:00-da Quzanlıya yola düşüb. `Qarabağ`ımız Ağdama itkilərlə yollanıb. Zədə səbəbindən Vüqar Nadirov və Maksim Medvedev komandayla birgə aparılmayıb. Zədəsini yenicə sağaldan Rəşad Sadiqov isə komandanı yalnız buraxmayıb və komandayla birgə Ağdama yollanıb.
Komandamız Quzanlıya çatdıqdan sonra axşam oyunun keçiriləcəyi Quzanlı Olimpiya kompleksinin meydançasında 1 saatlıq yüngül məşq keçəcək. Xatırladaq ki, `Qarabağ` - `İnter` oyunu 14 Avqustda saat 18:00-da start götürəcək. Oyun AzTV ilə canlı yayımlanacaq.