`Qarabağ`ımız Ağdama

single-news
14 Dek 2011

`Qarabağ`ımız Ağdama



`Qarabağ`ımız Ağdama yollanır. 20 günlük fasilədən sonra komandamız premyerliqanın növbəti turunu oynamaq üçün Quzanlıya gedir. İlin son ev oyununda `Rəvan`ı qəbul edəcək komandamız artıq Bakı hazırlıqlarını tamamlayıb. Günorta yeməyindən sonra yola çıxacaq komandamız axşam dincələk, sabah isə 1 saatlıq qısa məşqə çıxacaq. Xatırladaq ki, debütantla oyunöncəsi komandamızda zədəli yoxdu. Amma, `Xəzər-Lənkəran`la oyunda 4-cü sarı vərəqəsini alan Roşa `sarı-qırmızı`lılarla oyunu buraxmalı olacaq. İlqar Qurbanov və Maksim Medvedevin yüngül zədələri olsa da durumları ciddi deyil. Onların oynamaması üçün heç bir səbəb yoxdu.
Xatırladaq ki, `Qarabağ` - `Rəvan` oyunu dekabrın 16-sında saat 14:00-da keçiriləcək.

Paylaş

// pop up