"Qarabağ"ımız Albaniyada məşqə çıxdı

9 İyl 2019
"Qarabağ"ımız Albaniyada məşqə çıxdı
"Qarabağ"ımız sabah UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində səfərdə "Partizani" ilə qarşılaşacaq.
Komandamız bu gün qarşılaşmanın keçiriləcəyi Selman Stermazi stadionunda oyunöncəsi son məşqinə çıxıb. Yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 19:30) təxminən 1 saat davam edib. Futbolçularımız toplu çalışmalarla oyunun hazırlığını yekunlaşdırıb. Zədəli futbolçumuz Bədavi Hüseynov isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.