"Qarabağ"ımız Antalyada ilk məşqinə çıxdı

single-news
12 Yan 2020

"Qarabağ"ımız Antalyada ilk məşqinə çıxdı



"Qarabağ"ımız bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı - Antalya reysiylə qonşu ölkəyə yollanıb.

Komandamız ara vermədən ilk gündə məşqə çıxıb. Futbolçularımız yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlıqlara start verib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən futbolçumuz Dani Kintana hazırlıq prosesində yer almayıb.

Komandamız sabah iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.

Paylaş