"Qarabağ"ımız Antalyada son məşqinə çıxdı
2 Fev 2018
"Qarabağ"ımız Antalyada son məşqinə çıxdı
"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.
Komandamız bu gün toplanışın son məşqinə çıxıb. Yerli vaxtla 11:00-da start götürən hazırlıq 90 dəqiqə davam edib, isinmə hərəkətlərinin ardından futbolçularımız taktiki çalışmalarla kifayətlənib.
Qeyd edək ki, "Qarabağ"ımız sabah təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. Komandamız Monteneqronun "Mladost" klubuyla qarşılaşacaq, matç Bakı vaxtıyla 19:30-da start götürəcək.
