"Qarabağ"ımız Antalyada sonuncu məşqinə çıxdı

single-news
26 Yan 2019

"Qarabağ"ımız Antalyada sonuncu məşqinə çıxdı



"Qarabağ"ımız Antalyada baş tutan qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb. Komandamızın son hazırlığı axşam saatlarında meydançada baş tutub. Futbolçularımız isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb. 

Mikrozədələri olan iki futbolçumuz: Miçel və Abdullah Zubir komandaya qoşulub. Digər zədəli futbolçu: Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Komandamız sabah yerli vaxtla saat 12:00-da Ukraynanın "Şaxtyor" klubuyla yoxlama matçı keçirəcək, qarşılaşma "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq.

Paylaş

// pop up