"Qarabağ"ımız Antalyada sonuncu məşqinə çıxdı

24 Yan 2020
"Qarabağ"ımız Antalyada sonuncu məşqinə çıxdı
"Qarabağ"ımız bu gün Antalyada davam edən qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb. Komandamızın hazırlığı yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 19:30) start götürüb. İsinmə hərəkətlərinin ardından futbolçularımız toplu və taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
"Qarabağ"ımız sabah Bakı vaxtıyla saat 12:30-da Çexiyanın "Siqma" klubuyla, 18:30-da isə Polşanın "Vİsla" (Plok) klubuyla yoxlama matçı keçirəcək.