`Qarabağ`ımız Antalyada

single-news
16 Yan 2012

`Qarabağ`ımız Antalyada



`Qarabağ`ımız artıq Antalyadadır. Dünən Bakı – İstanbul  - Antalya reysiylə hərəkət edən komandamız Türkiyəyə gəldi. Axşam saat 7 raddələrində məskunlaşacağımız `Arcadia Limak` otelinə varid olan komandamız günü məşqsiz keçirib.
Təlim-məşq toplanışına 22 futbolçuyla gələnə komandamızın baş məşqçisi Qurban Qurbanov sabah düşərgəyə gələcək. `Barselona`nın düşərgəsindən bu gün Bakıya dönən çalışdırıcımız bərpa prosesi keçən Rəşad Sadıqovla birgə Antalyaya sabah gələcək.
Bu günə komandamızın 2 məşqi nəzərdə tutulub.  Günün ilk çalışması yerli vaxtla 11:00-a nəzərdə tutulub.
`Qarabağ`ımızın təlim-məşq toplanışın gedişiylə bağlı saytımızı izləməyi unutmayın.
`Qarabağ` FK mətbuat xidmətiylə əlaqə: +90 535 784 79 78

Paylaş

// pop up