`Qarabağ`ımız Antalyada...
`Qarabağ`ımız Antalyada...
`Qarabağ` Futbol Klubu bu gün Türkiyədə təlim məşq toplanışına start verdi. Bakıda 4 günlük hazırlığın davamı olaraq hazırlığın əsas hissəsinə başlayan komanda Bakı vaxtı ilə 19:10-da Antalyaya çatdı. 35 nəfərlik heyətə Futbolçumuz Admir Teli Türkiyədə qoşuldu. Gecə saatlarında millidən qayıdan gənc istedadlarımız Qara Qarayev və Tural İsgəndərovda komandaya qoşulacaqlar.
`Qarabağ` komandası ilk məşqini də reallaşdıra bildi. Otelə çatan kimi məşq meydançasına yollanan komandamız yüngül qaçışdan sonra kvardat oyunu ilə məşqi yekunlaşdırdı. Bununla Baş Məşqçimiz həm də yol yorğunluğunu fəal şəkildə futbolçulardan atdıraraq sabahdan iki dəfəlik məşqlərə start verəcəkdir.
Antalyada `Qarabağ` Futbol Klubunun məşq, müsahibə, yoldaşlıq oyunlarından ən son xəbərlər, fotogörüntüləri saytımızdan isti-isti izləməyi unutmayin...