"Qarabağ"ımız - APOEL 0:2

"Qarabağ"ımız - APOEL 0:2
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulubş “Qarabağ”ımız da mərhələnin cavab oyununa çıxıb və Bakıda APOEL-i qəbul edib.
Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan komandamız bu matçda 0:2 hesabıyla uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.
13 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) - 0:2
Qol: De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə: Almeyda, 90+4
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.