"Qarabağ"ımız APOEL-lə matçöncəsi son məşqinə çıxdı

12 Avq 2019
"Qarabağ"ımız APOEL-lə matçöncəsi son məşqinə çıxdı
"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah Tofiq Bəhramov adına Respublika stadionunda APOEL-i qəbul edəcək. Komandamız bu gün "Azərsun Arena"da oyunöncəsi son məşqinə çıxıb. Saat 18:15-də start götürən məşq təxminən 1 saat davam edib və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.