"Qarabağ"ımız "Arsenal"a məğlub oldu

5 Okt 2018
"Qarabağ"ımız "Arsenal"a məğlub oldu
Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Ölkəmizi turnirdə təmsil edən "Qarabağ"ımız da növbəti oyununa çıxıb.Komandamız Bakı Olimpiya Stadionunda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda isə Portuqaliya "Sportinq"i Ukraynada "Vorskla"nı məğlub edib - 2:1.
4 oktyabr
Avropa Liqası, E qrupu
"Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Metteo Qenduzi, 80
Baş hakim: Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.