`Qarabağ`ımız artıq Bakıdadır.

single-news
27 Yan 2010

`Qarabağ`ımız artıq Bakıdadır.



`Qarabağ`ımız artıq Bakıdadır. Yanvarın 11-ində təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanan komandamız dünən gecə Antalya – İstanbul – Bakı reysiylə vətənə dönüb. Premyerliqanın növbəti turunda `Neftçi`ylə qarşılaşacaq komandamız bu gün istirahət edəcək. Sabahdan isə çalışmalara yenidən başlayacaq.

Komandamızın çalışdırıcısı Qurban Qurbanov səfərlə balı saytımıza bunları dedi:`15 günlük çalışma müddətindən maksimum yararlanmağa çalışdıq. Daha çox fiziki və taktiki çalışmalar üzərində çalışdıq. Yoxlama görüşləri keçirdik. Hazırlıq oyunlarında qeydə alınan nəticələr elə də əhəmiyyət kəsb etmir. Belə oyunlarda adaptasiya və çatışmazlıqlarımızı aradan qaldırmağa çalışdıq. Zənnimcə, toplanışdan lazımınca yararlanmağı bacardıq. Amma indi Bakıda daha fərqli çalışmalıyıq. Hava şəraitində olan fərq səbəbindən növbəti tura qədər olan 1 həftədən yaxşı istifadə etməliyik`

Paylaş

// pop up