`Qarabağ`ımız artıq başladı.
16 İyn 2009
`Qarabağ`ımız artıq başladı.
`Qarabağ`ımız artıq başladı. Dünəndən etibarən komandamız 2009/2010 mövsümünün hazırlıqlarına başladı. Saat 10:30-da komandamız Suraxanı qəsəbə stadionunda ilk məşqinə çıxdı. Təxminən saat yarım davam edən çalışmada komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də yükləməyib. Əsas futbolçularla yanaşı əvəzedici heyətdən bir neçə futbolçu da məşqdə iştirak edib. Eyni zamanda millinin düşərgəsində olması səbəbindən istirahətə gec yollanan Vaqif Cavadov, Rauf Əliyev və yeni transferimiz Vüqar Nadirova Qurbanov 1 necə gün istirahət etməyə imkan yaradıb.
Bu gün isə 2 məşq planlaşdırılıb. Səhər məşqi 10:30-da baş tutub. Yenidən Suraxanı qəsəbə stadionuna yolllanan komandamız getdikcə məşqlərini intensivləşdirir.
İyunun 22-sinə kimi Bakıda çalışmalrını davam etdirəcək komandamız 23-ü təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Qardaş ölkədə Ankara şəhərindən 100 km aralıda yerləşən Qızılcahamam bölgəsində İyulun 9-una qədər Avroliqanın hazırlığını davam etdirəcək.