"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsində son oyunu keçirdi

single-news
13 Dek 2019

"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsində son oyunu keçirdi



Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib. Azərbaycanı təmsil edən “Qarabağ”ımız da qrupda, eləcə də turnirdə son oyununa çıxıb.

"Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Düdelanj"ı qəbul edib. Komandamız oyuna sürətli başlayıb, matçın 2-ci dəqiqəsində futbolçumuz Abdullah Zubir əlverişli vəziyyətdən istifadə edə bilməyib. İlk hissədə komandamız qol epiozdları yaratsa da, hesab açılmayıb. İkinci hissənin ilk dəqiqəsində komandamızda Qara Qarayev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Matçın 63-cü dəqiqəsində isə rəqib hesabı açıb. Bundan sonra hücumlarının sayını artıran komandamız yalnız matçın əsas vaxtına əlavə olunmuş ilk dəqiqədə hesabı bərabərləşdirib. Maqaye Qeye bu qolun müəllifi olub. Qarşılaşma 1:1 hesabıyla da başa çatıb. 
Beləliklə, "Qarabağ" qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vurub. "Düdelanj" isə 4 xalla sonuncu olub.


A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən  APOEL və "Sevilya" Kiprdə qarşılaşıb. Matç Nikosiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

 

12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1
Qollar: Buqren, 63 (1:0), Qeye, 90+1 (1:1)
Qırmızı vərəqə: Qara Qarayev, 46 - ikinci sarı vərəqə ("Qarabağ")
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş