"Qarabağ"ımız Avstriya hazırlığına start verdi
21 İyn 2018
"Qarabağ"ımız Avstriya hazırlığına start verdi
Dünən Avstriyaya yollanan "Qarabağ"ımız bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. Futbolçular fitnes zalında yüngül hərəkətlərindən sonra meydançada hazırlıqları davam etdirib. İki qrup halında məşq edən futbolçularımız daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib.
Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacaq.
