"Qarabağ"ımız Avstriyada 4 yoxlama görüşü keçirəcək

31 May 2019
"Qarabağ"ımız Avstriyada 4 yoxlama görüşü keçirəcək
"Qarabağ"ımızın yay təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirəcəyi komandalar məlum olub.
İyunun 7-si Bakıda toplaşacaq komandamız ayın 18-i Avstriyaya yola düşəcək. “Qarabağ”ımız Avstriyada 4 yoxlama oyunu keçirəcək.
İlk olaraq, iyunun 22-si Bolqarıstanın “Ludoqorets” komandası ilə, daha sonra sıra ilə iyunun 25-i Rumıniyanın “Kraiova”, iyunun 28-i Rusiyanın “Ufa” və iyulun 2-si Çexiyanın “Viktoriya” klubları ilə qarşılaşacaq.