`Qarabağ`ımız AZAL-la oyuna hazırdır

single-news
17 Mar 2011

`Qarabağ`ımız AZAL-la oyuna hazırdır



`Qarabağ`ımız AZAl-la oyuna hazırdır. Sabah komandamız premyerliqanın final mərhələsində ilk ev oyununa çıxacaq. Artıq komandamız `təyyarəçi`lərlə oyunun hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb. Bu gün saat 13:00-da Tofiq Bəhramov adına respublika stadionunda komandamız 1 saatlıq oyunöncəsi son məşqini edib. Yüngül çalışmanın ardından komandamız `kamp`da oyun saatını gözləyir.
Komandamızda xəbər verdiyimiz kimi Aftandil Hacıyevlə Maksim Medvedevin oyunda iştirak etməyəcəyi dəqiqdir. `İnter`lə oyundan sonra Samir Abasovun boynunda olan köhnə zədəsi yenidən `özünü` göstərib. Samirin taleyinə oyun günü aydınlıq gələcək.
Sabah `Qarabağ`  - AZAL oyunu 14:00-da Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyunun hakimlər briqadası sabah açıqlanacaq.

Paylaş

// pop up