`Qarabağ`ımız Bakıda məşqlərə başladı
9 Mar 2011
`Qarabağ`ımız Bakıda məşqlərə başladı
`Qarabağ`ımız artıq Bakıda məşqlərə başladı. Antalyada 1 həftəlik təlim-məşq toplanışı keçən `Qarabağ`ımız qardaş ölkədən geri döndükdən sonra istirahət etmədən ilk məşqinə çıxdı. Dünən günün tək çalışması 14:00-da baş tutub. Komandamızın baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında çalışan komandamız o qədər də `yüklənməyib`. `Sərin` otelinin meydançasında məşq edən komandamız bugünü tək məşqlə keçirəcək. Çalışma 14:00-da baş tutacaq.