`Qarabağ`ımız Bakıya qayıtdı

single-news
2 İyl 2011

`Qarabağ`ımız Bakıya qayıtdı



`Qarabağ`ımız artıq Bakıdadı. Avroliqanın 1-ci mərhələsinin ilk oyununda səfərdə Litvanın `Banqa` klubuyla qarşılaşan komandamız 4:0-lıq möhtəşəm qələbədən sonra artıq vətənə qayıdıb. Dünən axşam Riqa – İstanbul – Bakı reysiylə paytaxta dönən komandamız səhər 5 raddələrində Azərbayana qədəm basıb.  Səhərin erkən saatları olmasına baxmayaraq Azərbaycanın Avrokuboklarda ən uğurlu təmsilçisini azarkeşlər də qaşılayıb.  Tərəfdarlar futbolçulara sevgi və alqışlarla qarşılayıblar.
`Qarabağ`ımız bu gün istirahət edəcək.  Sabahdan etibarən isə komandamız `Banqa` ilə cavab oyununun hazırlıqlarına başlayacaq.

Paylaş

// pop up