"Qarabağ"ımız - BATE 0:1
7 Avq 2018
"Qarabağ"ımız - BATE 0:1
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.
Bu gün turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ımız da ilk oyununa çıxıb. Komandamız Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək.
7 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyun
21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus) - 0:1
Qol: Draqun, 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu