`Qarabağ`ımız Belçikaya yollanır

single-news
26 İyl 2011

`Qarabağ`ımız Belçikaya yollanır



`Qarabağ`ımız artıq yola düşür. Avroliqanın III təsnifat mərhələsində Belçikanın `Brügge` komandasının qonağı olacaq komandamız bu səhər Tofiq Bəhramov adına stadionda Bakıdakı sonuncu məşqini edib. Günorta yeməyindən sonra komandamız `Bakı – İstanbul – Brüssel` reysiylə Belçikanın paytaxtına yollanacaq. Yerli vaxtla 21:35-də çatacağımız Brüsseldən isə komandamız oyunun baş tutacağı şəhərə keçəcək.
Komandamız Brüj şəhərində `NH` otelində qalacaq. Sabah komandamız oyunun keçiriləcəyi stadionda 20:30-da məşqə çıxacaq.

Paylaş

// pop up