`Qarabağ`ımız Bolu toplanışını bitirdi

single-news
29 İyl 2012

`Qarabağ`ımız Bolu toplanışını bitirdi



`Qarabağ`ımz Bolu təlim-məşq toplanışını başa vurdu. Artıq 1 aydı Türkiyədə təlim-məşq toplanışında olan komandamız bugün Gerededə sonuncu məşqinə çıxdı. Bolunun adı çəkilən qəsəbəsində 2 həftədir hazırlıq keçən komandamız dünən axşam sonuncu yoxlama oyununda `Rizespor` üzərində qələbədən (3:2) sonra bugün səhər sonuncu çalışmasını yerinə yetirib.
Sabah komandamız Türkiyəni tərk edəcək və Ankara  - Bakı reysiylə vətənə qayıdacaq.

Paylaş

// pop up