`Qarabağ`ımız `Brügge` ilə qarşılaşa bilər

single-news
15 İyl 2011

`Qarabağ`ımız `Brügge` ilə qarşılaşa bilər



`Qarabağ`ımızın Avropa Liqasının 3-cü mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqibi məlum olub. Bu gün Bakı vaxtıyla 16:30-da İsveçrənin Nyon şəhərində atılacaq püşklə 3-cü turda qarşılaşacaq cütlüklər məlum olacaq.
`Qarabağ`ımızın `Streymur` səddini keçəcəyi təqdirdə potensial rəqibləri aşağıdakı kimidir.

5-ci qrup
Səpələnmişlər: Brügge (Belçika), Metallurq (Latviya) - Zaltsburq (Avstriya), Maynts (Almaniya), Helsinborq (İsveç), Rad (Serbiya) - Olimpiakos Volos (Yunanıstan).
 
Səpələnməmişlər: Sant Julia (Andorra) - Bnei Yehuda (İsrail), KuPS (Finlandiya) - Qaz Metan (Rumıniya), Streymur (Farer adaları) - Qarabağ (Azərbaycan), Differdange (Lüksemburq) - Levadia (Estoniya), Seniça (Slovakiya).

Qeyd edək ki, ilk oyunda `Rad`ı səfərdə 1:0 məğlub edən `Olimpiakos`  və Latviyada rəqibini 4:1-lə keçən `Zaltsburq` demək olar ki, 3-cü mərhələyə vəsiqəni qazanıblar.

***

Artıq `Qarabağ`ımızın 2-ci mərhələyə keçəcəyi təqdirdə rəqibi məlum olub. Komandamıza səbətdən ən güclü rəqib düşüb. İyulun 28-i və Avqustun 4-ündə keçiriləcək tur çərçivəsində komandamız `Brügge` ilə qarşılaşacaq. `Streymur` səddini adlayacağımız təqdirdə Belçikanın vitse-çempionu ilə ilk görüş səfərdə baş tutacaq.


Paylaş

// pop up