"Qarabağ"ımız ÇEMPİON İCMAL

single-news
22 Apr 2018

"Qarabağ"ımız ÇEMPİON İCMAL



“Qarabağ”ımız Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”ın qonağı olub. Oyun qarşılıqlı hücumlar əsnasında başlayıb. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ımız hesabı açıb. Dani Kintana cərimə zərbəsindən möhtəşəm qolla yadda qalıb. İlk hissə komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissədə meydan sahibləri təzyiqi artırsa da, komandamız inamlı oyunuyla yadda qalıb və bu matçda 1:0 hesablı qələbə qazanıb. Komandamız bu qələbəylə xallarının sayını 59-a çatdıraraq ən yaxın izləyicisi “Qəbələ”ylə xal fərqini 17-yə çatdırıb. Sona IV tur qalmış komandamız ardıcıl V çempionluğunu rəsmiləşdirib. 

Paylaş