"Qarabağ"ımız Çempionlar Liqasında II mərhələyə yüksəldi

single-news
17 İyl 2019

"Qarabağ"ımız Çempionlar Liqasında II mərhələyə yüksəldi



"Qarabağ"ımız bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Komandamız "Dalğa Arena"da "Partizani"ni qəbul edib.  Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan komandamız bu dəfə 2:0 hesabı ilə qalib gələrək ardıcıl 6-cı dəfə ilk mərhələni uğurla başa vurub.



Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0 
Qollar:
 Filip Ozobiç, 51, Dani Kintana, 90+4
Hakimlər: Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean
İlk oyun - 0:0
Bakı, "Dalğa Arena"

Paylaş

// pop up